Naxçıvanın bu hissəsində su olmayacaq

20:10 10.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə yaranacaq.

Hafta.az xəbər verir ki, Naxçıvan şəhərinin 6-cı məhəllələri və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar sözügedən ərazilərin müəyyən ünvanlarında içməli suyun verilməsində bu gün saat 23:00-dan etibarən müvəqqəti fasilə yaranacaq.

Qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Təmir-bərpa işləri yekunlaşdırıldıqdan sonra içməli suyun verilməsi əvvəlki rejim üzrə bərpa olunacaq.